`Onlar müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edirlər` - Baş prokuror
14:48 30 Sentyabr 2017
Baş prokuror Zakir Qaralov bir qrup Türkiyə vətəndaşının işğal altındakı Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər etməsinə münasibət bildirib.
Femida.az xəbər verir ki, Baş prokuror bu barədə cinayət işinin başlandığını deyib: "Təəssüflər olsun ki, bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən işğal olunmuş Dağlıq Qarabağa səfər edib.
Bununla bağlı Baş Prokurorluq məlumat alandan dərhal sonra həmin şəxslər barəsində cinayət işi açılıb və onlar barəsində beynəlxalq axtarış elan olunub. Onların səfəri Türkiyə dövlətinin mövqeyi deyil. Onlar ermənipərəst mövqeyi ilə tanınan şəxslərdir və PKK-nı dəstəkləyirlər, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edirlər. Kimliyindən asılı olmayaraq Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı cinayət işi başlayacaq və onları bütün ölkələrdə izləyəcəyik".
Femida.az
Oxunub: 1449
Oxşar xəbərlər
- `Onların kitabı çoxdan bağlanıb` - İlham Əliyev
- `Onlar bizi zəiflətmək istəyirlər` - Rafael Hüseynov
- `Onlar yalan danışır` - Akif Çovdarov
- `Onlara güzəştli şərtlərlə mənzillər veriləcək` - Prezident
- `Onları buraxın, nəyi desəniz imzalayım`- Çovdarovdan şok ifadə
- `Onları məhkəməyə verə bilərəm` - İlham Əliyev sərt danışdı
- `Onları öz qanlarında boğacağıq` - Ərdoğan
- `Onların hamısı düşmənimizdir` - Xamneyi
- `Onlarn fəaliyyəti mövsümidir` - Siyavuş Novruzov